Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi


Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
 

 

DİGƏR XƏBƏRLƏR

Top