
“Tariflərin artırılmasında başlıca məqsəd korporativ məqsədlərlə yanaşı istehlakçılar tərəfindən suyun israfçılığının qarşısının alınmasıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu AZƏRSU ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib.
Onun sözlərinə görə, AZƏRSU ASC-nin əsas məqsədi istehlakçılara içməli su təchizatını həyata keçirməkdir:
“Bəzən biz görürük ki, içməli su digər məqsədlər üçün istifadə edilir. Məsələn, suvarma və ya sənayenin hansısa sahəsində istifadə edilir. Bu da təbii ki, israfçılığın qarşısının alınmasında əsas problemlərdən biridir”.