Rəsulzadənin abidəsinə gedən yolda qurulan polis postu ilə bağlı DİN-dən AÇIQLAMA


Ötən gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi. Sosial şəbəkələrdə M. Ə. Rəsulzadənin Abşeron rayonunun Novxanı kəndində yerləşən abidəsinə gedən yolda polis postlarının qurulmasını əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a açıqlama verilib və bildirilib ki, sözügedən post pandemiya ilə bağlı ziyarətçilərin hərəkətini tənzimləmək üçün qurulub.
“Karantin rejimi qaydalarının təmin olunması və izoliyasiya qaydalarının qorunması ilə bağlı, qaydalar çərçivəsində ziyarətçilərin hərəkəti təmin olunub”.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Novxanıda dünyaya gəlib. Heykəltaraş Cavanşir Dadaşov tərəfindən dahi şəxsiyyətin qranitdən hazırlanmış heykəli 1993-cü ildə dünyaya göz açdığı kənddə ucaldılıb.

DİGƏR XƏBƏRLƏR

Top