FHN-dən Mingəçevirdə Kürdə batan şəxslərlə bağlı AÇIQLAMA - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 31.01.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İlkin axtarış tədbirləri çərçivəsində 01.02.2021-ci il tarixdə Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.


***09:57
Kür çayının Mingəçevirdən Yevlax ərazisinə keçən hissəsində qayıqğın batması ilə əlaqədar xəbər vermişdik.
Yeniavaz.com
xəbər verir ki, hadisə zamanı qayıqda olan iki nəfərin adları məlum olub.
Mingəçevir kənd sakini, 1980-ci il təvəllüdlü, 3 uşaq atası Yusifov Səfxan Aydın oğlu, digəri isə Bərdə sakini və cəbhədən yeni qayıtmış 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğludur.
Məlumata görə, Kürdə hərəkətdə olan qayıq qəfil çevrilib, bu zaman qayıqçı və orada olan bir nəfər suya düşüb. Qayıq tapılıb amma onların sudan çıxıb və ya batdığı hələ ki məlum deyil. Artıq iki gündür axtarışlar davam edir. Hadisəsnin baş vermə səbəbləri araşdırılır.

***1 fevral, saat: 9:59
Kür çayında qayıq batıb.

Yeniavaz.com xəbər verir ki, hadisə çayın Mingəçevirdən Yevlax ərazisinə keçən hissəsində baş verdiyi ehtimal edilir. Məlumata görə, Kürdə hərəkətdə olan qayıq qəfil çevrilib, bu zaman qayıqçı və orada olan bir nəfər batıb. Onların sudan çıxması və ya batması məlum deyil. Adiyyatı qurumlar hazırda axtarış işlərini davam etdirir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top