Bu gündən kafe və restoranlar açılır

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə qadağa qoyulmuş ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların bu gün saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, sözügedən məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. 

Həmçinin qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top