Orqanizmdə xərçəng kimi gizli inkişaf edən böyrək xəstəlikləri - Əlamətləri


Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər.


Böyrək xəstəlikləri həm də uzun müddət ərzində gizli inkişaf edə bilir. İnsanın uzun müddət orqanizmində inkişaf edən xəstəlikdən məlumatsız olması isə çox təhlükəlidir. Çünki xəstəlik bu zaman ərzində daha da irəliləyir və nəticədə böyrək çatışmazlığına gətirib çıxarır.

Bu xəstəliyin əlamətləri:

1. Ümumi intoksikasiya əlamətləri (zəiflik, hərarətin artması, baş ağrıları və s.)

2. Maye yığılması, şişkinlik, ödem
Böyrək xəstəlikləri zamanı ödemlər daha çox üzdə, gözlərin altında, göz qapaqlarında, bədənin yuxarı hissəsində müşahidə olunur.
Ürək xəstəlikləri zamanı isə ödemlər, əksinə, ayaqlarda olur.
Böyrək xəstəlikləri zamanı ödemlər səhər, ürək xəstəlikləri zamanı isə axşam müşahidə olunur.

3. Bel nahiyəsində sızıldayan ağrılar. Ağrılar bir və ikitərəfli ola bilər.

4. Sidikdə qan, irin, sidiyin bulanıq olması, sidiyin üzərində köpük.

5. Sidik ifrazının pozulması (sidik nazik şırnaqla və ya damcılarla ifraz olunur), ifraz olunan sidiyin azalması.

6. Susuzluq, ağızda quruluq.

7. Arterial təzyiqinin qalxması. Böyrək xəstəlikləri zamanı təzyiq uzun müddət yüksək qalır və təzyiqi salan dərmanlar kömək etmir...

//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top