Venesuela Ali Məhkəməsi parlamentin prezident Maduronun istefası barədə qərarını ləğv edib

Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduronun istefası haqqında qərarını konstitusiyaya zidd elan edərək rədd edib. Bu barədə "İnterfax" "TeleSur" telekanalına istinadən bildirib. "Venesuela Ali Məhkəməsi Milli Məclisin müxalifət deputatlarının prezident Maduronun vəzifəsindən kənarlaşdırmaqla əlaqədar növbəti cəhdinin qarşısını alıb. Maduronu devirmək üçün səsvermə və yeni seçkilərə hazırlıq konstitusiya ziddir", - xəbərdə deyilir. Qeyd edilir ki, Ali Məhkəmədən həmçinin qanunverici orqanın konstitusiya çərçivəsindən kənara çıxan səlahiyyətlərlə bağlı qərarlar qəbul etməyə malik olmadığı bildirilib. Qeyd edək ki, prezident Nikolas Maduronun səlahiyət müddəti 2019-cu ildə başa çatır.Report

DİGƏR XƏBƏRLƏR

Top