Bakı və İrəvana qaytarılan əsirlərin sayı açıqlandı


“Rusiya sülhməramlı kontingent komandanlığının səyləri nəticəsində ümumilikdə 55-dən çox Ermənistan və 15 Azərbaycan vətəndaşı evlərinə qaytarılıb”. 
Yeniavaz.com
xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti mərkəzinin rəis müavini polkovnik Dmitri Perepelkin deyib.
Onun sözlərinə görə, 28 yanvar tarixində Azərbaycanla Ermənistan arasında növbəti əsr mübadiləsi baş tutub: “1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edilib”.
Qeyd edək ki, bugünə qədər rus sülhməramlı kontingentinin müşaiəti ilə ümumilikdə 51 min 635 erməni Dağlıq Qarabağa qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top