Sülhməramlılar Azərbaycan avtomobillərini Kəlbəcər yoluna buraxmır - Suqovuşanda nə baş verir? - VİDEO


"Azərbaycan maşınlarını Kəlbəcərə buraxmırlar, gəlib qalmışıq Suqovuşanda".
Yeniavaz.com
xəbər verir ki, ötən gün “youtube” sosial şəbəkəsində bu cümlələrlə başlayan video yayılıb. Kadrları lentə alan şəxs Suqovuşanda olduqlarını bildirir və Rusiya sülhməramlılarının Azərbaycan qeydiyyatlı avtomobilləri Kəlbəcər yoluna buraxmadığını deyir. O, rus sülhməramlılarının yükləri Kəlbəcərə aparmaq üçün xüsusi avtomobillər gətirdiyini bildirir:
“Suqovuşandan o tərəfə Azərbaycan millətini buraxmırlar, Azərbaycan bayrağı olmaz, Azərbaycan nömrəsi olmaz”.
Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, yanvarın 28-də Murov dağı istiqamətində yerləşən Ömər aşırımında iki hərbçimizin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib və bu, işğaldan azad edilmiş ərazilərimizdə ilk belə hal deyil. Bu isə uzun müddət işğal altında qalmış ərazilərimizdə bütün quruculuq layihələrindən kənarda qalmış nəqliyyat yollarının nə qədər əlverişsiz olduğunu göstərir.
Qeyd edək ki, Ağdərə yolundan istifadə Rusiya sülhməramlılarının müşayiəti ilə mümkündür. Lakin kadrları lentə alan şəxsin dediklərinə əsasən bu dəfə yükləri rus sülhməramlılarına məxsus avtomobillərə boşaltmağı tələb ediblər.

DİGƏR XƏBƏRLƏR

Top