Moskvanın Tverskoy Bölgə Məhkəməsində, həbs olunan Navalnının sərbəst buraxılması üçün ötən həftə keçirilən icazəsiz nümayişlər zamanı sanitariya və epidemioloji qaydaların pozulması səbəbi ilə məhkəmə iclası keçirilib.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Aleksey Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobol, şəxsi həkimi Anastasiya Vasilyeva və paytaxt Moskvadakı qərargah koordinatoru Oleq Stepanov 23 mart tarixinə qədər ev dustaqlığına məhkum edilib.
Rusiyada feminist pank rok qrupu "Pussy Riot" un üzvü Mariya Alehina da eyni cəzaya məhkum edilib.