Rusiyada baş vermiş ağır avtoqəzada ölənlərin sayı 12-ə çatıb


Rusiyanın Samara vilayətində üç avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Bu barədə İstintaq Komitəsinin açıqlamasında qeyd olunub.

“Daha 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan beşi reanimasiyadadır”, - məlumatda belə deyilir.

Bundan əvvəl avtoqəza nəticəsində 11 nəfərin öldüyü, 15 nəfərinsə xəsarət aldığı deyilirdi. Vilayətin Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 13-ü xəstəxanaya yerləşdirilmiş, səkkizi ağır vəziyyətdə olub.

Qeyd edək ki, yol qəzası Sızran rayonunun Zaborovka kəndi ərazisində, M-5 “Ural” federal avtomobil yolunda baş verib. Hadisə zamanı yük maşını, mikroavtobus və minik maşını toqquşub.

Avtoqəza ilə əlaqədar cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.//apa

DİGƏR XƏBƏRLƏR

Top