Türkiyədə 128 nəfərdə "Britaniya" ştammına yoluxma halları qeydə alınıb - FOTO


Türkiyənin 17 şəhərində koronavirusun "Britaniya" ştammına yoluxma halları qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter” hesabında paylaşım edib.

Nazir qeyd edib ki, ölkədə mutasiyalı virusun aşkar olunduğu vətəndaşların sayı 128-ə yüksəlib.

Qeyd edək ki, son 24 saat ərzində Türkiyədə 6912 koronavirus xəstəsi aşkarlanıb, 131 nəfər xəstəlikdən vəfat edib. 
 

DİGƏR XƏBƏRLƏR

Top