Yaxın vaxtlarda İrlandiyada ilk üzən mehmanxana qurulacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, otel ölkənin ikinci ən böyük şəhəri Korkanın mərkəzində olacaq. Bu məqsədlə yerli iş adamları alman turistləri Reyn çayı üzrə gəzdirən 100 metrlik “My story” gəmisini yenidən quraşdırmaq istəyirlər. Gəmi apartamentlər şəklində yenidən qurulacaq. Hər bir kayutadda tualet və geniş vanna otağı olacaq. Üzən mehmanxanada nömrənin baza qiyməti təqribən 150 dollar təşkil edəcək.