ABŞ Türkiyə şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ-ın Ticarət Nazirliyi İranla əlaqələrə görə Türkiyənin iki şirkətinə və üç fiziki şəxsinə qarşı sanksiya tətbiq edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Murad Taşkıran və “Kompozit Kimya” şirkəti ABŞ qanunlarından yayınmaqla İrana Amerika mənşəli yüksəkkeyfiyyətli karbon lifi ixrac etmələri səbəbilə “qara siyahı”ya düşüblər. Bundan başqa, Rəşid Tavan, Fulya Kalafatoğlu Oğuztürk və “Ramor qrup” şirkəti İrana yerli hərbçilərin istifadə etməsi üçün Amerika mallarını satmağa və ya ötürməyə görə ABŞ-ın sanksiyalarına tuş gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top