Dünyada COVID-19-la bağlı SON VƏZİYYƏT


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 milyon 201 min 325-ə, yoluxanların sayı isə 102 milyon 57 min 347-ə çatıb. 73 milyon 903 min 379 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 26 milyon 338 min 607 nəfər koronavirusa yoluxub, 443 min 769 nəfər isə ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top