BMT: Kipr nizamlanmasında həqiqət anı çatıb

Kipr nizamlanması məsələsində həqiqət anı çatıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə Kipr üzrə keçirilən danışıqların növbəti raunduna himayədarlıq edən BMT baş katibinin xüsusi məslətçisi Espen Bart deyib. O bildirib: “Hazırda biz yekun mərhələdəyik. Həqiqət anına çatmışıq”. E. Bart qeyd edib ki, tərəflərin liderləri xeyli cəsarət və istək nümayiş etdirirlər: “Bu, çətin olacaq, lakin mümkünsüz deyil”. Xatırladaq ki, Kipr üzrə danışıqların növbəti raundu bu gün Cenevrədə baş tutub. Cenevrəyə Kiprin prezidenti Nikos Anastasiadis və Şimali Kipr Türk Cumhiriyyətinin başçısı Mustafa Akıncı gəliblər. Diskussiyalar yanvarın 11-dək davam edəcək. Yanvarın 12-də zəmanətçi ölkələr - Türkiyə, Yunanıstan və Böyük Britaniyanın - iştirakı ilə Kipr üzrə konfrans çağırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top