151 milyon izləyicisi olan səhifə Ağdam haqqında paylaşım etdi - FOTOLAR


“Instagram” səhifəsində 151 milyon izləyicisi olan “National Geographic” ermənilər tərəfindən xarabalığa çevrilmiş Ağdam şəhərinin fotolarını paylaşıb və bu vandallıqdan yazıb.
Yeniavaz.com
xəbər verir ki, paylaşımda işğal altında qaldığı 30 il müddətində ermənilərin Ağdamı xarabalığa çevirdiyi qeyd olunub. Bildirilib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb və münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.
Həmçinin qeyd olunub ki, iki ölkə arasında ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam edib və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatıb:
“Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini geri qaytardı”.


DİGƏR XƏBƏRLƏR

Top