2000-ci ildən bəri cəzaçəkmə müəssisələrindən 318 nəfər qaçıb - Rəsmi

Azərbaycanda hələ də cəzaçəkmə müəssisələrindən qaçanlar var. Yeniavaz.com saytı xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin "Axtarışda olan cinayətkarlar və itkin düşmüş şəxslər"lə bağlı statistik məlumatında öz əksini tapıb. Qurumun məlumatında qeyd olunur ki, 2000-2015-ci illərdə Azərbaycanda cəzaçəkmə müəssisələrindən 318 nəfər qaçıb (2016-cı ilə olan məlumat hələ ki, açıqlanmayıb -red). Sözügedən müddətdə Azərbaycanda cəzaçəkmə müəssisələrindən qaçanların sayı ən çox 2000-ci ildə qeydə alınıb - 65 nəfər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən illərə görə, yəni 2000-ci ildən 2015-ci ilədək cəzaçəkmə müəssisələrindən qaçanların statistikasını təqdim edirik:

- 2000-ci il - 65 nəfər.

- 2005-ci il - 44 nəfər.

- 2006-cı il - 27 nəfər.

- 2007-ci il - 23 nəfər.

- 2008-ci il - 21 nəfər.

- 2009-cu il - 21 nəfər.

- 2010-cu il - 22 nəfər.

- 2011-ci il - 21 nəfər.

- 2012-ci il - 20 nəfər.

- 2013-cü il - 17 nəfər.

- 2014-cü il - 18 nəfər.

- 2015-ci il - 19 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top