ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampən inauqurasiya mərasimində Rusiyanı təmsil edəcək şəxsin adı açıqlanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, rəsmi Moskvanı ölkənin ABŞ-dakı səfiri Sergey Kislyak təmsil edəcək. Protokolda heç bir dəyişiklikolmayacaq. ABŞ-da uzun illər ərzində belə səviyyəli tədbirlərdə qəbul edildiyi kimi Rusiyanı səfir təmsil edəcək. Xatırladaq ki, ABŞ-ın 45-ci prezidentinin inauqurasiyası yanvarın 20-də keçiriləcək. Mərasimdə 2-3 milyon insan iştirak edəcək.