Çexiya Avropanın işsizlik səviyyəsi ən az olan ölkəsi hesab edilib

Avropa Birliyinin "Eurostat" statistika xidməti Avropada işsizlik səviyyəsi ən az olan ölkənin Çexiya olduğunu bildirib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən yaydığı məlumata görə, "Eurostat" ötən ilin noyabr ayında Çexiyada işsizlik səviyyəsinin cəmisi 3,7 faiz olmasını qeydə alıb. Bu da Avropada ən aşağı göstərici hesab edilir. Eurostatın yaydığı məlumatda deyilir ki, Çexiyadan əlavə ən aşağı işsizlik səviyyəsi Almaniya, Macarıstan, Malta və Böyük Britaniyada qeydə alınıb. Adı çəkilən ölkələrdə işsizlik səviyyəsi 5 faiz olub. "Eurostat" Yunanıstanda daha çox işsiz oldunu bildirib. Belə ki, adı çəkilən qurumun hesablamalarına görə Yunanıstanda ölkə əhalisinin 23 faizi işsizdir. Bununla belə Çexiyada ötən ilin dekabr ayında işsizlik səviyyəsi artaraq 5,2 faizə (381 min nəfər) çatıb. "Eurostat"ın məlumatına görə, yaranmış vəziyyətdə bir çox Çexiya şirkətləri texniki baxımdan yüksək səviyyəli kadrlar tapmaqda çətinlik çəkirlər.

DİGƏR XƏBƏRLƏR

Top