Avropa Birliyi Serbiya və Kosovonı münasibətləri normallaşdırmağa çağırıb

Fransada Kosovo Azadlıq Ordusunun keçmiş səhra komandiri və qondarma Kosovo Respublikasının keçmiş baş naziri Ramuş Xaradinayın həbs edilməsi barədə Fransa tərəfindən order verilməsindən sonra AB tərəfləri mövcud sakitliyi qoruyub saxlamağa çağırıb. Avropa Birliyi diplomatiyasının rəhbəri Federilki Moqerinin rəsmi nümayəndəsi Mayya Kosyançiç deyib ki, Serbiya və Kosovo normal münasibətləri qoruyub saxlamalıdırlar. Mayya Kosyançiç: "Biz cənab Xaradinayın saxlanılmasından başlayaraq baş verən hadisələri diqqətlə izləyirik. Bu məsələ hazırda Fransa hökumət orqanları tərəfindən nəzərdən keçirilir. Belə vəziyyətdə biz tərəfləri normal əlaqələri və təhlükəsizliyi qoruyub saxlamağa çağırırıq",-deyib.

O Serbiya və Kosovo arasında polis və məhkəmə sahəsində münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları dəstəklədiklərini bəyan edib.

Xatırladaq ki, yanvar ayının 4-də Bazel-Muyuluz-Frayburq aeroportunda Kosovonun keçmiş baş naziri Ramuş Xaradinay saxlanılıb. Xaradinay 1998-1999-cu illərdə Kosovo və Metoxiyada baş verən toqquşmalarda cinayətə əl atmaqda günahkar bilinir. Xaradinay 2004-2005-ci illərdə Kosovo hökumətinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top