Bakıda qadınlar üçün sığınacağa 258 manat işıqpulu gəlib - FOTO

Azərbaycanda ailəsi və ya əri tərəfindən təziqlərə məruz qalan, insan alverinin qurbanı olan bir çox qadınların üz tutduqları yerlərdən biri də "Təmiz Dünya" İctimai Birliyinin sığınacaq mərkəzidir. Hazırda burada 40 nəfərə yaxın qadın məskunlaşıb. Yeniavaz.com saytının xəbərinə görə, "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova elektrik enerjisinin son tarif dəyişikliyindən sonra sığınacağa 258 manat 92 qəpik işıq pulu gəldiyini bildirib.

M. Zeynalova: "Bura sığınacaqdır, camaatı soyuqda saxlaya bilmirəm, ev başqa, burada mümkünsüzdür. Bura sığınacaqdır, çörək bişiririk, kombi yanır və s.",-deyə qeyd edib.

Məlumat üçün bildirək ki, bu sığınacaq 2002-ci ildə fəaliyyətə başlayıb. Hazırda sığınacaqda 40-a yaxın qadın var, onların bəziləri uşaqlıdır.

Onu da əlavə edək ki, bu sığınacaq dövlətdən maliyyələşmir, hətta 2015-ci ildə maliyyə problemləri səbəbindən bağlanma təhlükəsi ilə üzləşmişdi.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top