Saxta kərə yağını necə seçməli? – Əridildiyində köpüklənirsə ...



İstənilən orqanik qidanın insan orqanizminə bir çox faydaları var. Qidaların orqanik olub-olmadığını isə çox zaman ayırd etməkdə çətinlik çəkirik. Bunun üçün evdə edilə biləcək bir sıra sadə üsullar mövcuddur. Yeniavaz.com bu dəfə evdə hər kəsin istifadə etdiyi kərə yağının orqanik olub-olmadığını yoxlamaq üçün sınanmış sadə üsullardan bir neçəsini təqdim edir:

Kərə yağı Azərbaycan mətbəxinin əsas ərzaqlarından sayılır. İstər yeməklərin hazırlanmasında, istərsə də səhər yeməyində istehlak edilir. Əsasən süd və ayrandan hazırlanan kərə yağının orqanizmə bir çox faydaları var. Lakin bunun üçün yağ ilk növbədə keyfiyyətli olmalıdır. Otaq temperaturunda qaldıqdan sonra əriyən və sürtülə bilən yağ keyfiyyətli sayılır. Əgər kərə yağı tavada əridilərkən köpüklər yaranırsa bu onun orqanik olduğunu göstərir. “Rəngi qızılı sarı olan kərə yağı orqanikdir” ifadəsi isə yanlışdır.  Alış-veriş mərkəzlərində bu rəngdə tərkibində qatqı maddələrinin olduğu kifayət qədər çeşidlər mövcuddur. Araşdırmalara görə, işıqda rəngi bir qədər ağa çalan yağlar daha orqanik hesab edilir. Keyfiyyətli yağın ətri paketi açan kimi bəlli olur, buna görə də aldığınız kərə yağının paketində ətri gəlməzsə, bu, onun saxta olduğundan xəbər verir. Bundan əlavə bişirilərkən yayılan iştah açıcı ətri də kərə yağının təbii olmasından xəbər verir.

Bəs kərə yağının hansı faydaları var? 

- Keyfiyyətli kərə yağı antioksidantlarla zəngin olduğundan bədəndəki zəhərli toksinlərin təmizlənməsində köməkçi olur;

- Tərkibində olan vitamin və minerallar sayəsində immun sistemini gücləndirir və müxtəlif xəstəliklərə qarşı qoruyur;

- Tərkibində olan kalsium sayəsində sümüklərin güclənməsində və inkişafında faydalıdır;

- Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır;

- Göz sağlamlığna müsbət təsir edir;

- Yoluxucu xəstəliklərə qarşı bədən müqavimətini gücləndirir.

DİGƏR XƏBƏRLƏR

Top