Navalnının ailə üzvü də həbs edildi


Aleksey Navalnının qardaşı Oleq Navalnı 48 saat müddətinə həbs edilib.
Yeniavaz.com
“RBC.RU”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov “Twitter”də məlumat verib:
“Oleq Navalnı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində 91-ci maddəyə əsasən 48 saat müddətinə saxlanılıb və bu həm də onun şübhəli olduğu mənasına gəlir”.
Eyni zamanda bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həbs olunan Aleksey Navalnının mənzilində və qurduğu Antikorrupsiya Fondunun ofisində sanitariya və epidemioloji qaydaların pozulması səbəbi ilə polis tərəfindən axtarış aparıb və həmin vaxt Oleq Navalnı da orada olub.
Qeyd edilir ki, Oleq Navalnı ilə yanaşı vəkili Lyubov Sobol və xüsusi həkimi Anastasiya Vasilyeva da 48 saatlı həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top