İraqda 1 milyondan çox qadın dul qalıb

2016-cı ilin məlumatına görə, İraqda boşanma və ya ərinin vəfat etməsi ilə əlaqədar dul qalan qadınların sayı 1 milyonu ötüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İraqın Planlaşdırma Nazirliyinin sözçüsü Əbdüzzəhra Hindavi deyib. Onun sözlərinə görə, İraqda ərinin vəfat etməsi səbəbilə 878 455 qadın dul qalıb: “Bu qadınların 203 mini 14-49 yaş, 675 mini isə 50 və daha yuxarı yaş arasındadır”. Ə. Hindavi qeyd edib ki, ötən il ölkədə ərindən boşanan qadınların sayı isə 122 438-ə çatıb: “Bunlardan 105 mini 14-49 yaş, 17 432-si isə 50 və daha yuxarı yaş arasındadır”.

DİGƏR XƏBƏRLƏR

Top