Stoltenberq Rusiya və Çinə qarşı NATO ölkələrinə çağırış etdi


NATO-nun Baş katibi Yens Stoltenberq Hərbi Komitənin Müdafiə Başçıları Sessiyasında NATO ölkələrinə çağırış edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa dəvət edib:
“Rusiyanın son addımları, Çinin yüksəlişi və ümumi terrorizmə qarşı xərclərini artırmaq, müasir imkanlara sərmayə qoymağa və silahlı qüvvələrin qlobal təhdidlərə qarşı hazırlığını artırma vacibdir”.
Stoltenberq çıxışının davamında ittifaqın daha gözlənilməz və rəqabətli bir dünyanın ortaya çıxardığı hər cür təhdidə qarşı hazır olmasının lazım olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top