Məcburən rəisin oğluna ərə verilən qız Prezidentə müraciət etdi VİDEO

Ağcəbədi sakini 23 yaşlı Günay Şahin qızı Məmmədova valideynlərinin onu özünün razılığı olmadan Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimova vermək istədiyini bildirib. Lakin valideynləri elçilikdə “hə” desələr də özü istəmədiyindən Dekabrın 4-də Günay Məmmədova 5 ildir sevdiyi həmyaşıdı Elnur Mirəli oğlu Əhmedova qoşulub qaçıb. Gənc qız bu qərarı heç bir təzyiq olmadan verdiyini bildirib. Xeberoxu.com Elnur Əhmədovun qardaşı Rahib Əhmədova istinadən bildirir ki, qızın əmisi Çingiz Məməmdov və dayısı Ramil Abdullayev onlara hədə-qorxu gələrək hər ikisini öldürməklə təhdid edir, onun qayıtmasını tələb edirlər. O, iddia edir ki, sevdiyi qızın geri qayıtması valideynləri ona görə tələb edir ki, onu verdikləri oğlanın atası, yəni Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun bir neçə mülki qızın atası Şahin Məmmədovun adına rəsmiləşdirilib. Oğlan tərəfi, Ağcəbədinin rəisi Məhəmməd Ibrahimov habelə işi aparan Anar adlı müstəntiqin işə düzgün yanaşmadığını, evlərinə basqın edildiyini və atasının polis şöbəsinə aparılaraq təzyiq və hədə-qorxu ilə üzləşdiyini bildirir. Hətta qızın videolari və yazılı müraciəti rayon polis şöbəsinə göndərilsə də bu nəzərə alınmır.

Video

DİGƏR XƏBƏRLƏR

Top