Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov Siyəzəndə dəfn olundu


Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb. 

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.

DİGƏR XƏBƏRLƏR

Top