İspaniyada koronavirusun yeni simptomu ortaya çıxdı


İspaniyada COVID-19 xəstələri üzərində aparılan bir araşdırma virusun yeni əlamətlərinin ortaya çıxmasına səbəb olub.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, alimlərin son araşdırması nəticəsində koronaviruslu xəstələrin ağız, əl və ya ayaqlarında dəyişiklik müşahidə edildiyi göstərilib.
Araşdırma İspaniyanın paytaxtı Madriddə 2020-ci il 10-25 aprel tarixləri arasında 666 orta və ağır COVID-19 xəstəsi arasında aparılıb. Alimlər demək olar ki, 4 xəstədən 1-də dildə şişlik, ağrı və düyünlər, əl və ayaqlarda isə qəhvəyi rəngdə ləkələrin meydana gəldiyini diqqətə çatdırıb. "Covid dili" adlanan bu simptomun səbəbinin hələ də araşdırıldığı açıqlanıb. Qeyd olunur ki, bu hal koronavirus xəstələrinin 40 faizində rast gəlinən haldır.
Bundan sonra Madriddəki “La Paz” Universiteti xəstəxanasında işləyən bir qrup tibb işçisi COVID-19 xəstəsi kimi müraciət edən xəstələrə daha tez diaqnoz qoymaq üçün onların dili, əli və ayaqlarına baxmağı tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

Top