
İlk dəfə məlum olub ki, havanın çirkliliyi görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə İngiltərədə aparılan uzunmüddətli bir araşdırma nəticəsində ortaya çıxıb. Araşdırmada, insanların havanın çirklənməsi və yaşla bağlı olaraq yaranan göz ləkələri (AMD-sarı ləkə xəstəliyi) səbəbi ilə 2040-cı ildə 50 yaşdan yuxarı 300 milyon insanın korluqla qarşılaşa biləcəyi göstərilib.
Sözügedən araşdırma 2006-cı ildən start götürüb. Göz xəstəliklərindən şikayət edən 115 mindən çox xəstə üzərində uzunmüddətli araşdırma aparılıb. Alimlər ürək və ağciyər xəstəliklərinə səbəb olan AMD ilə havanın çirklənməsi arasındakı əlaqə olduğunu bildiriblər.