
NATO Avropa ərazisində hərbi təlimlərinin miqyasını genişləndirəcək. “Yeniavaz.com”un Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Avropada qoşunlarının komandanının müavini general-leytenant Tim Rey deyib. O bildirib: “Biz mütəmadi keçirdiyimiz bir çox təlimlərin miqyasını böyüdəcəyik və onlara daha kompleks xarakter verəcəyik. Diqqəti isə raket hücumundan müdafiəyə və böhran vəziyyətlərin dəf edilməsi üzrə əməliyyatlara ayıracağıq”. Bundan başqa, NATO üzvləri Avropada infrastrukturu təkmilləşdirməyə və orada material ehtiyatlar yerləşdirməyi planlaşdırırlar. Yanvarın sonunda ABŞ-Polşa birgə təlimlərinin keçirilməsi üçün artıq 2,8 min ədəd hərbi texnika Almaniyaya gətirilib.
Tətbiqimizi yükləyə bilərsiniz