Niderlandda etirazlar yenidən alovlandı


Niderlandın paytaxtı Amsterdamda koronavirus səbəbilə yenidən etirazlar başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Niderlandda koronavirus səbəbilə karantin rejiminin sərtləşdirilməsinə qarşı çıxan insanlar yenidən küçələrə axışıb. Axşam saatlarında başlayan aksiyada etirazçılar polisə daş və fişəng atıb.
Qeyd edək ki, Niderlandda 23 yanvarda komendant saatı qüvvəyə mindi. Bundan sonra ölkənin müxtəlif şəhərlərində iğtişaşlar başladı. Bir çox yaşayış məntəqələrində nümayişçilər vitrinləri sındıraraq dükanları qarət etdilər, maşınları yararsız hala saldılar. Polis etirazçıları sakitləşdirmək üçün xüsusi təlim görmüş itlərdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top