Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Bakıya gətirilib- FOTOLAR - YENİLƏNİB

Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib.

Mərhumun cənazəsini gətirən Türkiyə Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
(report)


*9:40
Nigeriya yaxınlığında hücuma məruz qalan “Motsart” gəmisinin heyət üzvlərindən biri olan Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Bakıya göndərilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhumun cənazəsi Türk Hava Yollarının İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.
Qeyd edək ki, Liberiya bayrağı altında fəaliyyət göstərən "Motsart" gəmisi 23 yanvar tarixində Nigeriyanın Lagos sahillərindən təxminən 180 mil məsafədə dəniz quldurlarının hücumuna məruz qalmışdı. Laqosdan Cənubi Afrikanın Keyptaun şəhərinə gedən yolda 19 ekipaj üzvündən 15-i qaçırılıb. Bir Azərbaycan vətəndaşı öldürülüb. Gəmi üç ekipaj üzvü ilə Qabonun Port-Qentil limanına üzüb.

DİGƏR XƏBƏRLƏR

Top