7 Avropa ölkəsi Mosul qaçqınlarına 266 ton humanitar yardım göstərib

Mosul uğrunda gedən döyüşlərin davam etdiyi bir vaxtda adı çəkilən şəhəri tərk edənl mülki əhalinin sayı artmaqda davam edir. Bu isə öz növbəsində Mosulu tərk edən qaçqınlara humanitar yardım göstərilməsi məsələsini gündəmə gətirib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Mosulu tərk edən qaçqınların ağır vəziyyətini nəzərə alaraq Avropa Birliyinin 6 ölkəsi (Fransa, Almaniya, Avstriya, Danimarka, Finlandiya, İsveç) və bu quruma daxil olmayan Norveç onlara 266 ton humanitar yardım göstəriblər. Avropa Birliyindən bildirilib ki, Avropanın 7 ölkəsindən olan humanitar yardımı İraqa çatdırmaq məqəsdi ilə təyyarələr 9 dəfə bu ölkəyə uçuş etməli olublar. Öz növbəsində Avropa Birliyinin humanitar yardım və fövqəladə hallar idarəsinin komissarı Xristos Stilianidis deyib ki, humanitar yardımlar arasında çadırlar, isti odeyallar, generatorlar, 5 ton dərman, tibbi avadanlılar, həmçinin ilkin tələbat malları var. Onun sözlərinə görə, yaxın vaxtlarda da Avropa Birliyi İraqa humanitar yardım göndərməkdə davam edəcək.

Xatırladaq ki, Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı son məlumata görə, Mosulun azad edilməsi əməliyyatı zamanı 138 min nəfər doğma yurd-yuvasını tərk etməyə məcbur olub.

DİGƏR XƏBƏRLƏR

Top