Paşinyanın diplomatik pasportu oğurlanıb


Ermənistan Xarici İşlər Nazirliyi ölkənin baş naziri Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığını təsdiqləyib.
Yeniavaz.com erməni KİV-ə istinadən xəbər verir ki, qurumun mətbuat katibi Anna Naqdalyan Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanat imzalandığı gün hökumət binasına basqın edən şəxslərin Paşinyanın diplomatik pasportunu oğurladığını açıqlayıb. Naqdalyan bildirib ki, ümumilikdə 14 pasport oğurlanıb və hamısı etibarsız hesab edilib.

DİGƏR XƏBƏRLƏR

Top