2016-cl ilin ən populyar rus televiziya kanalı

2016-cı ildə Rusiyada televiziya tamaşaçılarının sayına “Rossiya 1” telekanalı birinci olub. “Yeniavaz.com”un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Mediascope” şirkətinin statistic məlumatlarında deyilir. “Rossiya 1” uzun illərdir lider olan “Pervıy” telekanalını qabaqlaya bilib. İl ərzində “Rossiya 1” telekanalına orta hesabla 4 yaşında yuxarı rusiyalıların 12,9 faizi baxıb. “Pervıy”də bu göstərici 12,7 faiz təşkil edib. Rusiyada üçüncü ən populyar kanal isə NTV olub. 2015-ci ildə isə ““Rossiya 1” kanalına tamaşaçıların 12,7 faizi, “Pervıy” kanala isə 13,7 faizi baxıb. “Pervıy” kanal auditoriya üzrə lider mövqeyini yalnız 2012-ci ildə NTV-yə verib. Qeyd edək ki, “Mediascope” əhalisinin sayı 100 mindən başlayan şəhərlər üzrə hesablama aparır. Bu zaman şirkət piplmetrlərdən – televizora qoşulan və tamaşaçının nəyə və nəvaxt baxdığını qeydə alan xüsusi qurğu – istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top