Estoniyada ilk dəfə qadın baş nazir seçilib


Estoniyada Kaya Kallas adlı qadın baş nazir vəzifəsinə seçilib.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, yeni baş nazir Kaya Kallas adı rüşvətxorluqda hallandırılan Yuri Ratasın yerinə təyin olunub.
Qeyd edək ki, Kersti Kalyulayd, 2016-cı ildə Estoniyada ilk qadın prezident kimi tarixə düşüb. Kallas da baş nazir seçildikdən sonra Estoniya qadın prezident və baş nazir tərəfindən idarə olunan ilk ölkə olub.

 

DİGƏR XƏBƏRLƏR

Top