Türkiyənin Suriya ilə sərhədə yaxın bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumat Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İidarəsi tərəfindən təsdiqlənib. Zəlzələ Diyarbəkir, Mardin, Batman, Siirt və Şırnak bölgələrində hiss edilib.
Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu isə Suriya sərhədində meydana gələn zəlzələnin gücünü 5.3 kimi qiymətləndirib.