Fransada quş qripinə görə 2 milyon toyuq məhv edilib


Fransada koronavirusla yanaşı quş qripi də öz təsirini göstərməkdə davam edir.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, ölkədə təxminən 2 milyon ördək quş qripi səbəbilə məhv edilib.
Fransanın Qida və Kənd Təsərrüfatı naziri Culien Denormandie Fransanın cənub-qərbindəki 8 bölgədə quş qripinin qeydə alındığını açıqlayıb. O bildirib ki, 390 obyektdə quş qripi aşkarlanıb.
Denormandie bu qripin insana yoluxması riski olmadığı üçün  yumurta, toyuq və ördək satışına qadağa qoyulmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top