Merkelin keçirdiyi iclasda əyalət başçısı "Candy Crash" oynayıb


Almaniyada Turingiya əyalətinin başçısı Angela Merkelin keçirdiyi iclas vaxtı “Candy Crash” oynadığını etiraf etdi
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusa həsr olunmuş həmin iclas vaxtı Turingiya əyalətinin başçısı Bodo Ramelovun “Candy Crash” oynadığı orataya çıxıb. Bunu başçı özü iştirak etdiyi bir televiziya proqramında etiraf edib. O hətta bildirib ki, bunu tək o etməyib. Digər başçılar da iclas vaxtı “Sudoku”, “Scrabble” və şahmat kimi oyunlar oynayıblar. Başçının etirafı müxalifət və mətbuat tərəfindən birmənalı qarşılanmayıb. Bu reaksiyalardan sonra o hər kəsdən üzr istəyib.
Ramelov Angela Merkel üçün istifadə etdiyi "Merkelchen" (balaca Merkel, Merkelcik) sözünə görə də sosial şəbəkə hesabında üzr istəyərək bunu cəhalət kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top