Obama prezident vəzifəsində verdiyi ən çətin qərar barədə danışıb

Barak Obama ABŞ prezidenti vəzifəsində verdiyi ən çətin qərar barədə danışıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, ən çətin qərarını prezident vəzifəsinə başlayanda verib. O bildirib: “Ən çətin qərarım Əfqanıstana daha 30 min əsgərin göndərilməsi barədə olub. Hərçənd digər ölkələrdə amerikalı əsgərlərin geniş şəkildə iştirakına son qoymq istyənlərdən biriydim”. Dövlət başçısının sözlərinə görə, ABŞ-ın İraqdakı kampaniyasını həmişə səhv hesab edib və diqqətin məhz Əfqanıstana yönəldilməli olduğunu bildirib: “Fikrimcə, bu, düzgün qərar idi, çünki həmin vaxt “Taliban” xeyli güclənmişdi. O vaxtdan bəri ABŞ Əfqanıstanın Silahlı Qüvvələrinə güclənməyə kömək etdi. Bundan başqa, yerüstü gücün genişmiqyaslı tətbiqindən imtina ABŞ-ın işğalçı kimi nəzərdən keçirilmə ehtimalını azaldacaq”. O, buna misal kimi İraqın Mosul şəhərində yerli qüvvələrin İŞİD terror qruplaşmasına qarşı keçirdiyi cari əməliyyatı göstərib.

DİGƏR XƏBƏRLƏR

Top