Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - RƏSMİ


Vətən müharibəsi zamanı düşmən geri çəkilən zaman yollarda maneələr qurub, körpülərin bütün əsas hissələrini partladıb və bir çox yollarda dağıntılar törədib.
Yeniavaz.com
"trend"ə istinadla xəbər verir ki, bunu Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.
Onun sözlərinə görə, bu maneələr mühəndis-istehkam bölmələrinin qruplarının vasitələri ilə təmizlənib:
“Ötən ilin 27 sentyabrından etibarən mühəndis istehkam bölmələrində maneə ləğv etmə qrupları yaradılaraq, bütün əks-hücum əməliyyatı həyata keçirən qoşunların, o cümlədən xüsusi təyinatlıların tərkibinə verilib və qoşunların maneəsiz hərəkəti təmin edilib”.

DİGƏR XƏBƏRLƏR

Top