Çin mətbuatı TƏBİB-in sədri Ramin Bayramlının peyvənd olunarkən çəkilən fotosunu paylaşaraq Azərbaycanda vaksinasiyanın başlanıldığını qeyd edib.
Yeniavaz.com “CCTV” kanalına istinadən xəbər verir ki, məlumatda deyilir:
“Qlobal epidemiya davam edir. Azərbaycanda 18 yanvardan etibarən Çin istehsalı peyvəndin kütləvi vaksinasiyasına başlanılıb”.