“Facebook” Netanyahunun hesabını blokladı – Şəxsi məlumatlar toplayırmış


İsrailin baş naziri Bünyamin Netanyahunun “facebook” səhifəsi bloklanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Calcalist” qəzeti məlumat yayıb. Verilən məlumatlarda Netanyahunun “facebook” səhifələrinin koronavirus əleyhinə peyvənd edilməmiş 60 yaşdan yuxarı israillilər haqqında informasiya toplamağa çalışdığı bildirilib. Məsələ ilə bağlı açıqlama verən “facebook” “məxfilik siyasətimizə uyğun olaraq, istifadəçilərdən tibbi məlumat tələb edən və ya paylaşan məzmunun yayılmasına icazə vermərik"- deyə bildirilib. 
Netanyahunun mətbuat xidməti isə informasiya toplamaqda əsas məqsədin 60 yaşdan yuxarı insanları peyvəndlənməyə təşviq etmək olduğunu deyib. 

DİGƏR XƏBƏRLƏR

Top