Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və İranın Xarici İşlər naziri Cavad Zərif arasında görüş baş tutacaq.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Zərif Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair söhbətlər aparmaq üçün Moskvaya səfər edəcək. Lavrovla görüş zamanı tərəflər həmçinin İranın nüvə proqramı və Suriyadakı böhranın aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparacaqlar. 
Qeyd edək ki, Sergey Lavrov bundan əvvəlki çıxışlarında İranın Qarabağla fikirlərinin Rusiya ilə üst-üstə düşdüyünü bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top