Ukraynanın 3 əsgəri yoxa çıxıb

Donbas ətrafında cəmləşən Ukrayna hərbi güclərinə məxsus 3 əsgər naməlum şəraitdə yoxa çıxıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, sepratçılarla təmas xəttində xidmət edən Ukrayna ordusunun 3 əsgəri xidmət etdikləri hərbi hissəyə qayıtmayıb. Ukrayna Hərbi Qüvvələri Mərkəzi Qərargahının "Feysbuk" səhifəsində yayılan məlumatda deyilir ki, hərbi borcunu yerinə yetirən 3 əsgər xidmət etdikləri hərbi hissiəyə qayıtmayıblar: "Hazırda onların hansı şəraitdə yoxa çıxmaları ilə bağlı məsələ araşdırılır". Öz növbəsində qondarma Luqansk Respublikası xalq milisinin rəsmi nümayəndəsi Andrey Maroçko deyib ki, bu, Ukrayna ordusunun əsgər "itirməsi" ilə bağlı baş verən ilk hadisə deyil. Onun sözlərinə görə, ötən ilin dekabr ayının 30-dan bu ilin yanvar ayının 2-nə kimi Ukrayna ordusu xidmət yerlərini tərk edən əsgərlərlə bağlı 6 dəfə axtarış elan edib.

DİGƏR XƏBƏRLƏR

Top