Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
*21:00
Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Abşeron MRX-nin direktoru Mehriban Qaralova bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.
*20:30
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-dən verilən məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
*19:20Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.
Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.
Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
FHN-dən bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam edir.
Hadisənin səbəbləri dəqiqləşdirilir.