Rusiya prezidenti Vladimir Putin ölkədə baş tutan küləvi etirazlardan danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Rusiyada müxalifətçi Aleksey Navalnının həbsindən sonra başlayan etiraz aksiyaları ölkə başçısı Vladimir Putin tərəfindən şərh edilib. Putin bu cür aksiyaları təhlükəli adlandırıb:
“Vətəndaşların fikirlərini bildirmək hüququ var, ancaq bu qanunlar çərçivəsində olmalıdır. Qanun çərçivəsindən kənara çıxan hər şey sadəcə əks nəticə verməklə kifayətlənmir, eyni zamanda ciddi təhlükəyə səbəb olur”.