AMEA-nın zibillərini bu şirkət daşıyacaq - TENDER


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “KASCO Vaste Servis Az-F.” MMC olub.
“KASCO Vaste Servis Az-F.” MMC  5 yanvar-31 dekabr 2021-ci il tarixləri arasında məişət tullantılarının daşınması üçün AMEA-dan 19 min 981 manat 32 qəpik alacaq.
Qeyd edək ki, ötən ilin sentyabr ayında AMEA tərəfindən məişət tullantılarının daşınması ilə bağlı keçirilən tender müsabiqəsinin qalibi də “KASCO Vaste Servis Az-F.” MMC  olub. 24 oktyabr-31 dekabr 2020-ci il tarixləri arasında məişət tullantılarının daşınması üçün AMEA-dan 11 min 655 manat 77 qəpik alıb.
Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri odur ki, AMEA müsabiqədə (Kotirovka sorğusu) iştirak etmək istəyən şirkətlərə sənədləri 26.12.2020 12:00 - 28.12.2020 12:00 tarixləri arasında təqdim etmək şərti qoyub. Bildirək ki, dekabr ayının 26 və 27-si qeyri iş günləri olan şənbə və bazar günlərinə təsadüf edib. 
Məlumat üçün bildirək ki, “KASCO Vaste Servis Az-F.” MMC  15.09.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Yasamal rayonu, Mirzə Fətəli Axundov, ev 3, m. 22 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Azad Vidadi oğludur.

DİGƏR XƏBƏRLƏR

Top