Fərman İsmayılovun nəşi Azərbaycana gətirilir


Türkiyə Xarici İşlər Naziriliyi tərəfindən “Motsart” konteyner gəmisində həlak olan gəminin 2-ci mühəndisi, azərbaycanlı Fərman İsmayılovun nəşinin Qabona gətirilməsi ilə əlaqədar məlumat verilib.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib:
“Dünyasını dəyişən azərbaycanlı türk qardaşımızın cənazə işləri İslam dininə uyğun olaraq həyata keçirildi. Qabon hökumətinə və rəsmilərinə təşəkkür edirəm”.
Qeyd edilir ki, cənazənin paytaxt Librevilə gətirilməsi üçün bir helikopter ayırılıb. Fərman İsmayılovun nəşi oradan Türk Hava Yolları vasitəsilə gətirilərək, Türkiyədən Azərbaycana göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top